Trampın ad günündə hərbi parad: Dəyəri hesablandı

saytların hazırlanması

Evə çatdırılma

Trampın ad günündə hərbi parad: Dəyəri hesablandı

Dünya

17 May 2025 09:21 268


Vaşinqtonda Amerika ordusunun 250 illiyinə həsr olunmuş hərbi parad ABŞ-a 25-45 milyon dollara başa gələcək.

Yenisabah.az “The Hill”ə istindla xəbər verir ki, iyunun 14-də konsert və atəşfəşanlıq da daxil olmaqla, bütün bayram tədbirləri ilə keçirilən paradın təxmini dəyəri bu qədərdir.

Paradda 150-yə yaxın yerüstü texnika və 50 təyyarənin iştirak edəcəyi gözlənilir. Tədbirə bütün ordu hissələrinin nümayəndələri, eləcə də Vyetnam müharibəsi veteranları qatılacaq. pizza

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp paytaxtda şənliklərin “ABŞ-ın dünyada ən yaxşı silahlara sahib olduğunu qeyd etmək” üçün təşkil edildiyini bildirmişdi.

Həmin tarix həm də Donald Trampın doğum günüdür.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!