Trampın aparat rəhbəri koronavirusa yoluxdu

saytların hazırlanması

Evə çatdırılma

Trampın aparat rəhbəri koronavirusa yoluxdu

Dünya

07 Noyabr 2020 13:05 928


Ağ Evin aparat rəhbəri Mayk Medouz koronavirus infeksiyasına yoluxub. 

Yenisabah.az xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb. Məlumatı Tramp administrasiyasının iki yüksək çinli əməkdaşı təsdiqləyib.

Qeyd edilir ki, çərşənbə günü Medouz Donald Trampı seçkiqabağı səfərdə müşayiət edib. Məhz həmin gün Ağ Evin aparat rəhbəri tibbi maskasız görünüb. Dördpendirli pizza

Medouz Donald Trampın koronavirusa yoluxduğu bəyan ediləndə onun yaxın ətrafına daxil idi. Bu baxımdan bildirilir ki, Ağ Evin aparat rəhbəri gündəli testdən keçməklə normal iş rejimində çalışırmış.

Bundan əvvəl məlumat yayılmışdı ki, vitse-prezident Marka Şortun aparat rəhbəri və digər məsləhətçilər COVİD-19 testindən keçib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!