Trampın Bakı və İrəvandan gözləntisi: Baş müşavir açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Trampın Bakı və İrəvandan gözləntisi: Baş müşavir açıqladı

Siyasət

04 Aprel 2025 13:09 246


ABŞ prezidenti Donald Tramp Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını səbirsizliklə gözləyir.

Yenisabah.az report-a istinadla xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin Enerji Resursları İdarəsinin baş müşaviri Erik Ceykobs Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində 3-cü nazirlər görüşündə bildirib.

Onun sözlərinə görə, sülh müqaviləsi Cənubi Qafqaz regionu üçün təhlükəsizlik və rifah dövrünün başlanğıcı olacaq. pizza hut

"İcazə verin sizi Ermənistanla sülh müqaviləsinin mətni üzərində işin tamamlanması münasibətilə təbrik edim. Prezident Tramp onun imzalanmasını və ratifikasiyasını səbirsizliklə gözləyir. Sabitlik və rəsmi sülh sazişi regionda uzunmüddətli iqtisadi inkişafın təmin edilməsi üçün həlledici əhəmiyyət kəsb edir", - deyə Ceykobs bildirib.

O, əlavə edib ki, möhkəm sülh münaqişələr zəncirini qıracaq və Cənubi Qafqazda təhlükəsizlik və rifah dövrünün başlanğıcını qoyacaq:

"Biz sülh və tərəqqi yolunda atdığınız cəsarətli addımı yüksək qiymətləndiririk".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!