Trampın cənazəsi görüntüləndi – “Simpsonlar“ yenə şok etdi!

saytların hazırlanması

Evə çatdırılma

Trampın cənazəsi görüntüləndi – “Simpsonlar“ yenə şok etdi!

Dünya

30 İyul 2025 09:55 318


Məşhur animasiya serialı “Simpsonlar”ın final seriyası ilə bağlı yayılan iddialar sosial mediada geniş rezonans doğurub. İzləyicilər, serialın ABŞ-ın keçmiş prezidenti Donald Trampın gələcəyi ilə bağlı “qəfil və faciəvi bir hadisə”ni öncədən xəbər verdiyini düşünürlər.

Yenisabah.az xəbər verir ki, sözgedən epizodun yaxın günlərdə yayımlanacağı deyilsə də, sosial şəbəkələrdə paylaşılan görüntülər hələlik rəsmi şəkildə təsdiqlənməyib. İzləyicilər “Simpsonlar”ın əvvəlki illərdə bir çox hadisəni — texnoloji inkişaflardan tutmuş siyasi dəyişikliklərə qədər — əvvəlcədən təxmin etməsi ilə tanındığını xatırladırlar.

Maraqlıdır ki, bu dəfə yayılan görüntülərdə Trampın cənazəsi, onun ətrafında toplaşmış insanlar və qaranlıq atmosfer yer alır. Bəzi sosial media istifadəçiləri bunun Trampın ölümünə işarə ola biləcəyini yazır, digərləri isə bunun sadəcə satira və ya şişirdilmiş fantaziya olduğunu bildirir. pizza sifarişi

Mövzu ilə bağlı nə “Simpsonlar” serialının yaradıcıları, nə də Donald Trampın komandası hər hansı rəsmi açıqlama verməyib. Buna baxmayaraq, sözügedən epizodun ətrafında yaranan maraq və müzakirələr serialın finalına olan diqqəti daha da artırıb.

Qeyd edək ki, “Simpsonlar” illərdir davam edən və müxtəlif sahələrdəki öncəgörmələri ilə tanınan bir animasiya serialıdır. Serialın gələcək epizodlarında daha hansı iddiaların gündəmə gələcəyi isə hələlik bəlli deyil.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!