Trampın elçisi Putinlə görüşəcək

saytların hazırlanması

Evə çatdırılma

Trampın elçisi Putinlə görüşəcək

Dünya

11 Aprel 2025 17:07 159


Rusiya prezidenti Vladimir Putin ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoffla görüşəcək.

Yenisabah.az Interfax-a istinadla xəbər verir ki, bunu dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.

O, Uitkoffun ABŞ prezidenti Donald Trampın mesajını Rusiya tərəfinə çatdıracağına əminliyini ifadə edib: Marqarita pizza

"Gərgin iş davam edir. Təbii ki, Uitkoff prezident Trampın xüsusi nümayəndəsi kimi prezidentdən nəsə gətirəcək. Putin bunu dinləyəcək. Söhbət Ukrayna nizamlanmasının müxtəlif aspektləri üzrə davam etdiriləcək"

Peskovun sözlərinə görə, görüşdə ikitərəfli münasibətlər və diplomatik nümayəndəliklərin fəaliyyətinin normallaşdırılması da müzakirə olunacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!