Trampın kürəkəni Ağ Evdə təmsil olunacaq?

saytların hazırlanması

Evə çatdırılma

Trampın kürəkəni Ağ Evdə təmsil olunacaq?

Dünya

08 Noyabr 2024 15:45 847


ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın kürəkəni Cared Kuşner yeni administrasiyada təmsil olunmayacaq.

Yenisabah.az “Financial Times”a (FT) istinadla xəbər verir ki, bu barədə mənbələr danışıb.

Onların fikrincə, Tramp Yaxın Şərqdəki siyasət məsələləri ilə bağlı Kuşnerlə məsləhətləşə bilər, lakin o, Ağ Evə qayıtmayacaq. Eyni zamanda, Tramp Milli Təhlükəsizlik Şurasının keçmiş əməkdaşı Viktoriya Koutsu və istefada olan general-mayor Migel Korreanı Kuşnerin Yaxın Şərq üzrə elçi nəzərdən keçirir. pizza

Kuşner əvvəlki səlahiyyət müddətində prezidentin baş məsləhətçisi olub və İsrail ilə BƏƏ, Bəhreyn, Sudan və Mərakeş də daxil olmaqla, bir sıra ərəb dövlətləri arasında diplomatik əlaqələr quran İbrahim razılaşması danışıqlarında əsas rol oynayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!