Trampın məktubunu BƏƏ elçisi çatdıracaq

saytların hazırlanması

Evə çatdırılma

Trampın məktubunu BƏƏ elçisi çatdıracaq

Dünya

12 Mart 2025 16:52 225


BƏƏ prezidentinin diplomatik müşaviri Ənvər Qarqaş bu gün İrana səfər edəcək.

Yenisabah.az ISNA-ya istinadla xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib.

Səfər çərçivəsində Qarqaş müşaviri İranın xarici işlər naziri Abbas Əraqçi ilə danışıqlar aparacaq. Onun ABŞ prezidenti Donald Trampın məktubunu çatdıracağı gözlənilir. Dördpendirli pizza

Qeyd edək ki, İranın xarici işlər naziri Abbas Araqçi bu gün ərəb vasitəçinin ABŞ prezidenti Donald Trampın məktubunu Tehrana çatdıracağını açıqlayıb. Xamnəinin Trampın məktubunu qəbul edib-etməyəcəyi bəlli deyil.

Xatırladaq ki, 2019-cu ildə Xamenei Trampın ilk səlahiyyət müddətində Yaponiyanın ovaxtkı Baş naziri Sindzo Abe vasitəsilə göndərdiyi məktubu qəbul etməkdən imtina edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!