Trampın mitinqinə qatılan 10 nəfər koronavirusa yoluxub

saytların hazırlanması

Evə çatdırılma

Trampın mitinqinə qatılan 10 nəfər koronavirusa yoluxub

Dünya

10 Oktyabr 2020 11:46 708


ABŞ Prezidenti Donald Trampın Minnesotada sentyabrda keçirdiyi seçkiqabağı mitinqdə 10 nəfər koronavirusa yoluxub. 

Yenisabah.az xəbər verir ki, bununla bağlı Minnesotanın səhiyyə idarəsi məlumat yayıb. 

Bildirilib ki, yoluxanlardan birinin vəziyyəti ağırdır və o, reanimasiya şöbəsinə yerləşdirilib.  Dominos pizza

Onların dəqiq harada virusa yoluxması bilinmir. İdarə ehtimal edir ki, onlar Trampın mitinqində COVID-19-a yoluxub. 

Qeyd edək ki, oktyabrın 2-də Tramp və həyat yoldaşında koronavirus aşkarlanıb. Onlar bir gün sonra xəstəxanaya yerləşdirilib. Tramp üç günlük müalicədən sonra tibb müəssisəsindən buraxılıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!