Trampın müalicə olunduğu hospitalın yaxınlığında bomba həyəcanı

saytların hazırlanması

Evə çatdırılma

Trampın müalicə olunduğu hospitalın yaxınlığında bomba həyəcanı

Dünya

04 Oktyabr 2020 10:13 1170


Birləşmiş Ştatların Merilend ştatında polis qüvvələri prezident Trampın koronavirusdan müalicə edildiyi Uolter Rid adına hərbi hospitalın ətrafında şübhəli çantaya görə yolu bağlayıb.

Yenisabah.az xəbər verir ki, bu barədə "CNN" telekanalı məlumat yayıb.

Hadisə ilə əlaqədar ABŞ liderinin tərəfdarlarının tibb mərkəzinin yaxınlığındakı dəstək aksiyası dayandırılıb. Pepperoni pizza

Bundan sonra əraziyə bombaların zərərsizləşdirilməsi üzrə dəstə və asayiş keşikçiləri kinoloji itlərlə gəlib. Modern.az-ın yazdığına görə, onlar əşyanı yoxlayıblar, onun təhlükəsizliyindən əmin olduqdan sonra Trampın tərəfdarlarına öz təntənəli yürüşlərini davam etdirməyə icazə veriblər. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!