Trampın Qarabağ açıqlaması ŞOK ETDİ

saytların hazırlanması

Evə çatdırılma

Trampın Qarabağ açıqlaması ŞOK ETDİ

Siyasət

24 Oktyabr 2024 09:57 3501


ABŞ-ın keçmiş prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp prezident seçkilərinə qısa müddət qalmış ermənilərin müdafiəsinə qalxıb.

Globalinfo.az xəbər verir ki, o bu barədə “Truth” sosial şəbəkəsində paylaşım edib.

Tramp cəfəng ifadələrlə iddia edib ki, xristian ermənilər guya Qarabağdan “kütləvi şəkildə və zorla” köçürülərkən hazırda ABŞ-da vitse-prezidenti postunu tutan Kamala Harris heç nə etməyib. pizza

“120 min erməni xristian “artsax”dan məcburi köçkün düşəndə Kamala Harris heç nə etməyib. Kamala Harris Amerika Birləşmiş Ştatlarının prezidenti olarsa, dünyadakı xristianlar təhlükəsiz olmayacaqlar. Mən prezident olanda təqib olunan xristianları qoruyacağam, zorakılığın və etnik təmizləmənin dayandırılması üçün çalışacağam və biz Ermənistanla Azərbaycan arasında sülhü bərqərar edəcəyik”, – Tramp bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!