“Azərbaycanlıların ABŞ-da qanunsuz əsaslarla yaşaması Azərbaycanda hər hansı bir hüquqi məsuliyyət yaradan hal deyil. Bir şərtlə ki, orada qanunsuz yaşadığı müddətdə Azərbaycan qanunvericiliyi ilə bağlı hər hansısa hüquqi pozuntuya yol verməyib”.
Bunu “Yeni Sabah”a Milli Məclisin deputatı Azər Allahverənov bildirib.
O qeyd edib ki, ABŞ-də deportasiya prosesinin müəyyən mərhələləri var: Marqarita pizza
“ABŞ-də qanunsuz əsaslarla ölkə ərazisində yaşayan şəxslərlə bağlı kifayət qədər sərt siyasət yürüdülür. Bu məqsədlə Kosta-Rikaya göndərilən sonuncu qrupun tərkibində MDB ölkələrindən olan şəxslərin də mövcudluğu barədə məlumat verildi.
Hazırda ABŞ-də qanunsuz əsaslarla yaşayan 709 nəfər azərbaycanlının ölkə ərazisindən çıxarılmasına dair qərar var. Bu o deməkdir ki, yaxın vaxtlarda həmin şəxslər bir neçə istiqamətdə ölkə ərazisindən çıxarılacaq.
Azərbaycanlıların ABŞ-da qanunsuz əsaslarla yaşaması Azərbaycanda hər hansı bir hüquqi məsuliyyət yaradan hal deyil. Bir şərtlə ki, orada qanunsuz yaşadığı müddətdə Azərbaycan qanunvericiliyi ilə bağlı hər hansısa hüquqi pozuntuya yol verməyib.
Ümumiyyətlə, bu məsələdə bir nüansı yaddan çıxarmayaq ki, ABŞ-də qanunsuz miqrantların ölkə ərazisindən çıxarılması bir neçə mərhələdə həyata keçirilir. Bu da müxtəlif qanunlar və prosedurlarla tənzimlənən bir haldır. Təbii ki, ilk əvvəl həmin şəxslərin saxlanılması və həbs olunması baş verə bilər. ABŞ-də immiqrasiya və gömrük nəzarəti və sərhəd mühafizəsi xidməti var. Bu kimi hüquq-mühafizə orqanları immiqirasiya xidmətləri ilə birlikdə belə tədbirlər həyata keçirirlər və şəxs aşkarlandıqda, müvəqqəti saxlanma məntəqəsinə yerləşdirilir.
Bundan sonra ikinci bir faza başlayır. Bu immiqrasiya dinləməsidir. Konkret olaraq, şəxsin statusu ilə bağlı hüquqi qiymət verilir. İmmiqrasiya dinləməsi vasitəsi ilə həmin şəxslə bağlı müəyyən hüquqi qiymətlər verilir. Şəxs sığınacağın alınması, humanitar dəstəyin əldə olunması və ya müdafiənin digər formaları ilə bağlı istəyini bildirə bilər.
Daha sonra konkret qərar verilir. Məsələn, ola bilər ki, həmin şəxs insan alverinin qurbanıdır və ya yetkinlik yaşına çatmayan şəxsdir. Bunlar hamısı təsiredici faktorlardır”.
Azər Allahverənov diqqətə çatdırıb ki, Azərbaycanla ABŞ arasında readmissiya sazişi yoxdur:
“Adətən, diplomatik korpusa şəxsin hansısa sənədləri bağlı müəyyən sorğular göndərilir. Fərdin şəxsiyyətini təsdiq edəcək hər hansı bir informasiyaya ehtiyac varsa, bu prosesdə diplomatik qurumlar yaxından iştirak edir. Sonra həmin şəxsin deportasiyası başlanır.
Çıxarılma ilə bağlı müəyyən məsələlər var. Onun daşınan əmlakı, səhhəti və digər məsələlər nəzərdən keçirilir. Adətən, şəxs gəldiyi ölkəyə deportasiya olunur. Yaxud qanunsuz miqrantları qəbul edən üçüncü ölkələrdən birinə göndərilir. Məsələn, ola bilər ki Kosta-Rikaya deportasiya olunmuş azərbaycanlı miqrantların bəziləri heç bu ölkədən ABŞ-yə birbaşa getməyiblər, amma Kosta-Rika həmin prosesdə yaxından iştirak edir və bir qrup qanunsuz miqrantı öz ölkəsinə qəbul edir.
Təbii ki, hüquqi hüquqi yardım və digər məsələlərlə bağlı ehtiyac yaranarsa, diplomatik korpus yaxud diaspor təşkilatları da yardım göstərilir. Bəzi ölkələrdə belə bir proqramlar var ki, deportasiya olunan şəxslərin yerli cəmiyyətə readmissiyası baş verir.
Avropa İttifaqı ilə ölkəmizin readmissiya sazişi var. Bu sənəd faktiki olaraq, Avropa İttifaqının ərazisində qanunsuz əsaslarla yaşayan şəxslərin deportasiyasını tənzimləmiş olur. ABŞ ilə belə bir sazişimiz yoxdur. Əgər belə bir saziş olsaydı, həmin saziş çərçivəsində deportasiya olunmuş şəxsin geri qaytarılması baş tuta bilərdi. Bu readmissiya sazişinin öhdəliyindən irəli gələrək, həmin şəxsin məşğulluq, səhhəti və digər məsələlərlə bağlı dövlət addım atmış olardı. Yenə də bizim qanunvericiliyin verdiyi imkanlar daxilində şəxsin hər hansı bir hüquq və azadlıqlarının təmin olunmasına ehtiyac yaranarsa, aidiyyəti dövlət qurumları ölkə hüdudları daxilində həmin şəxslərə zəruri dəstəyi göstərirlər”.
Nazim Hacıyev
Telegram kanalımız