Trampın Zəngəzuru icarəyə götürməsinə Moskvadan REAKSİYA

saytların hazırlanması

Evə çatdırılma

Trampın Zəngəzuru icarəyə götürməsinə Moskvadan REAKSİYA

Siyasət

15 İyul 2025 11:58 13671


ABŞ-nin Türkiyədəki səfiri Tom Berrekin Ermənistanla Azərbaycan arasında danışıqlara kömək etmək üçün Zəngəzur dəhlizini 100 il müddətinə icarəyə götürməyə hazır olduğu barədə sözləri blef yox, real plan ola bilər.

Bakupost.az xəbər verir ki, bu barədə RTVI-a Dövlət Dumasının MDB işləri üzrə komitəsi rəhbərinin birinci müavini Konstantin Zatulin bildirib.

O qeyd edib ki, Amerika səfirinin sözlərinin arxasında “bugünkü Ermənistan və Azərbaycan rəhbərliyinin belə bir varianta razılığı dayanır”. pizza sifarişi

"Hesab edirəm ki, bu, kifayət qədər real perspektivdir. Hətta mənim fikrimcə, Rusiya-Ermənistan və Rusiya-Azərbaycan münasibətlərindəki son gərginliklər süni şəkildə yaradılıb və sadəcə onunla bağlıdır ki, Azərbaycan və Ermənistan tərəfi Moskvadan Zəngəzur təklifi ilə bağlı soruşmasınlar", - rusiyalı deputat bildirib.

Zatulin xatırladıb ki, daha əvvəl belə bir dəhliz yaradılacağı təqdirdə ona Rusiya qoşunları və ya Rusiya nümayəndələrinin nəzarət edəcəyindən söhbət gedirdi. Deputatın sözlərinə görə, indi Ermənistanda və Azərbaycanda heç kim bundan narahat deyil:

"Sadəcə, onlar üçün regionun yeni sahiblərinin gəlib bu nəzarəti həyata keçirməsi vacibdir. Ona görə də qəsdən elə bir vəziyyət yaradılıb ki, münasibətlər soyudulsun və Zəngəzur dəhlizi ilə bağlı Rusiya ilə deyil, amerikalılarla danışıqlar aparılsın. Düşünürəm ki, ABŞ-ın Türkiyədəki səfiri əslində müzakirə olunanları deyib".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Saddam
    Rus ayağı dəyən ölkələrlə, ingilisin ayağı dəyən ölkələr arasında fərq çoxdur. Hərçənd hər ikisi hardasa bir bezin qırağıdır
    10 months ago
  • Haller
    ...rusun kim oldugunu artiq butun dunya bilir...Azerbaycan ise uc esrdir bilir...rus olan yerde sulhden bele sohbet gede bilmez!!!...rus olan yerde...xaos, muharibe, isgal, qetller eksik olmur!!!...cunki, rus bununla qidalanir!!!
    10 months ago