Trampın zirehli qolf maşını - Foto

saytların hazırlanması

Evə çatdırılma

Trampın zirehli qolf maşını - Foto

Dünya

30 İyul 2025 22:59 428


ABŞ Prezidenti Donald Tramp üçün gülləkeçirməz şüşələri olan zirehli qolf maşını hazırlanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.

Ötən həftəsonu Tramp Şotlandiyada qolf oynayarkən onu iri ölçülü, qara rəngli qolf avtomobili müşayiət edib. Təhlükəsizlik üzrə mütəxəssislər həmin avtomobilin Trampın rəsmi limuzininə bənzədilərək hazırlanmış zirehli qolf kar olduğunu bildiriblər. Dominos pizza

ABŞ Gizli Xidmətinin nümayəndəsi avtomobilin zirehli olub-olmaması ilə bağlı məlumat verməkdən imtina edib. Qurum yalnız onu qeyd edib ki, Trampın təhlükəsizliyi üçün istifadə olunan vasitə və üsullar açıqlanmır.

Qeyd edək ki, 10 ay əvvəl Trampa Vest Palm Biç şəhərində sui-qəsd cəhdi edilmişdi. Bu hadisədən sonra onun təhlükəsizliyinin daha da gücləndirildiyi bildirilir./Axşam.az


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!