“Trampla dərin dövlət arasında ziddiyyətlər kəskinləşib”   - Politoloq

saytların hazırlanması

Evə çatdırılma

“Trampla dərin dövlət arasında ziddiyyətlər kəskinləşib” - Politoloq

Siyasət

03 İyun 2020 15:13 870


“ABŞ-da baş verən etiraz aksiyalarından müəyyən siyasi qüvvələr istifadə edir. Bu, Trampa qarşı bir prosesdir. Burada Çin və Rusiyanın müəyyən qruplarla işləyib etirazları qızışdırması mümkündür”. 

Yenisabah.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. Ekspert bildirib ki, ümumiyyətlə, afroamerikalıların çoxu ABŞ cəmiyyətində cinayət və kriminala meyilli olublar: “Onlara qarşı təhlükəsizlik işçilərinin zorakı üsullarla davranması daima davam edib və bundan sonra da davam edəcək. Bu etirazlar heç də polis zorakılığına qarşı etirazlar deyil. ABŞ polisinin səlahiyyətləri genişdir və onlar şübhəli şəxsləri silahla zərərləşdirəndə heç kim onlara etiraz etmir. Son aylarda Trampla dərin dövlət arasında ziddiyyətin dərinləşməsi, Federal Ehtiyatlar Bürosu ilə görünməyən savaş bu etirazların tətiklənməsinə və Trampa qarşı istifadə edilməsinə gətirib çıxarıb. Etirazlar ifrat dərəcədə, vandalizm şəklində keçirilməklə birbaşa iqtisadiyyat və infrastrukturu hədəf alır. Bu, insan haqlarının qorunması və polis zorakılığına qarşı etiraz deyil. Bu etirazlara heç cür haqq qazandırmaq olmaz. Bu, Trampın hakimiyyətdən əl çəkməsinə hesablanan bir siyasi prosesdir. ABŞ -ın fövqəldövlət kimi zəifləməsi və iqtisadiyyatının sarsılması Rusiya və Çin kimi aqressiv ölkələrin işğal planının genişlənməsinə gətirib çıxara bilər”. 

Politoloq ABŞ dövlət başçısının anarxistlərin etirazının qarşısını alacağına əmin olduğunu bildirib: “Əgər etirazlar sivil şəkildə keçirilsəydi, Trampın mövqeyi zəifləyə bilərdi. Baş verən zorakılıq halları Trampın qətiyyətli addım atmasına və zorakılığa son verməklə mövqeyini güclənməsinə gətirə bilər”. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!