Trampla Makron arasında telefon danışığı oldu

saytların hazırlanması

Evə çatdırılma

Trampla Makron arasında telefon danışığı oldu

Siyasət

11 Sentyabr 2025 00:58 268


Fransa Prezidenti Emmanuel Makronla ABŞ lideri Donald Tramp arasında telefon danışığı baş tutub.

Yenisabah.az xəbər verir ki bu barədə Makron "X" sosial şəbəkəsində paylaşım edib.

O qeyd edib ki, ABŞ-li həmkarı ilə Rusiya­-Ukrayna müharibəsinin gedişatını, xüsusilə də Rusiya dronlarının Polşa hava məkanına müdaxiləsindən sonra yaranan vəziyyəti müzakirə edib. pizza

"Həmçinin İsrailin Qətərdəki zərbələrindən sonra Yaxın Şərqdəki vəziyyətlə bağlı narahatlıqlarımızı paylaşdıq. Bu sahələrin hər birində avropalılar və amerikalılar arasında sıx əməkdaşlıq olduqca vacibdir", - Fransa Prezidenti qeyd edib./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!