Futbol tarixində çalışdırdığı komandalarda transferlərə ən çox pul xərcləyən 5 baş məşqçinin adı açıqlanıb.
Yenisabah.az xəbər verir ki, siyahıya Joze Morinyo başçılıq edir.
Portuqaliyalı mütəxəssisin karyerası ərzində pul qarşılığında 108 transferi olub ki, onlara ümumilikdə 1 milyard 710 milyon avro xərc çəkilib. İkinci pillədəki Pep Qvardiolanın dönəmində isə klubları daha az, amma yüksək məbləğə oyunçular transfer edib. Toyuqlu pizza
Çalışdırdığı klubları ümumilikdə 1 milyard avrodan çox xərcə salan baş məşqçilər bunlardır:
Joze Mourinyo
Pulla alınan oyunçu sayı: 108
Ödənilən məbləğ: 1 milyard 710 milyon avro
Orta hesabla hər oyunçuya ödənilən məbləğ: 15,8 milyon
Ən bahalı transferi: Pol Poqba – 105 milyon
Pep Qvardiola
Pulla alınan oyunçu sayı: 67
Ödənilən məbləğ: 1 milyard 590 milyon
Orta hesabla hər oyunçuya ödənilən məbləğ: 23,7 milyon
Ən bahalı transferi: Cek Qriliş – 117,5 milyon
Karlo Ançelotti
Pulla alınan oyunçu sayı: 103
Ödənilən məbləğ: 1 milyard 420 milyon
Orta hesabla hər oyunçuya ödənilən məbləğ: 13,8 milyon
Ən bahalı transferi: Qaret Beyl – 101 milyon
Manuel Pelleqrini
Pulla alınan oyunçu sayı: 94
Ödənilən məbləğ: 1 milyard 140 milyon
Orta hesabla hər oyunçuya ödənilən məbləğ: 12,3 milyon
Ən bahalı transferi: Kriştiano Ronaldo – 94 milyon / apasport
Telegram kanalımız