Transxəzər marşrutunun ötürücülük qabiliyyəti 10 mln. tona yüksələcək

saytların hazırlanması

Evə çatdırılma

Transxəzər marşrutunun ötürücülük qabiliyyəti 10 mln. tona yüksələcək

İqtisadiyyat

19 Aprel 2023 13:40 2292


Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta dəhliz) daşıma qabiliyyəti 2025-ci ilə qədər 10 mln. tona çatdırılacaq.

Yenisabah.az TASS-a istinadla xəbər verir ki, bu barədə Qazaxıstanın baş naziri Əlixan Smailov bildirib.

Onun sözlərinə görə, ötən il onun vasitəsilə daşınan yüklərin həcmi 2 dəfə artaraq 1,7 mln. tona çatıb: Dördpendirli pizza

"Eyni zamanda, Azərbaycan, Türkiyə və Gürcüstanla imzalanmış yol xəritələrinin icrası sayəsində bu il 2 mln. ton yük daşınacaq, 2025-ci ilə qədər isə marşrutun ötürücülük qabiliyyəti 10 mln. tona çatacaq”.

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və daha sonra Avropa ölkələri üzərindən keçir. Onun vasitəsi ilə Dəmir yolu və dəniz nəqliyyatından istifadə etməklə konteyner daşımaları həyata keçirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!