“TrashTag” trendi Ərkivanda   - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

“TrashTag” trendi Ərkivanda - FOTOLAR

Sosial

22 Noyabr 2025 13:47 589


Masallı rayonunun Ərkivan qəsəbəsində gənc sakin Rəfi Qurbanzadə şəxsi təşəbbüsü ilə ərazidə tullantıları toplayaraq təmizlik aksiyası həyata keçirib.

“Yeni Sabah” xəbər verir ki, o, sosial şəbəkə hesabında görüntüləri paylaşaraq dünyaca məşhur “TrashTag” trendini reallığa çevirib və hər kəsi daha məsuliyyətli olmağa çağırıb.

Rəfi bildirib ki, son 2 ay ərzində bu təşəbbüsə vaxt ayıra bilməsə də, bu dəfə yenidən davam edib. Onun sözlərinə görə, əvvəlkilərlə müqayisədə daha az zibil yığılıb, bu da insanların müəyyən qədər daha diqqətli olmasına işarədir. Toyuqlu pizza

Paylaşımında o, həmçinin diqqətçəkən fikirlərə yer verib:

“Övladınızın ayağına batan tikanları ya siz atmısınız, ya da görüb götürməmisiniz”. Müəllifini dəqiq bilmədiyim bu ifadəni çox bəyənirəm”.

Qeyd edək ki, “Trashtag”  sosial media üzərindən yayılan ekoloji təmizlik kampaniyasıdır. İnsanlar çirklənmiş ərazilərin (meşə, park, sahil, yol kənarı və s.) şəklini çəkir, sonra həmin yeri təmizləyib “əvvəl və sonra” şəkillərini paylaşır. Bu paylaşımlara #trashtag heşteqi əlavə edilir. Kampaniyanın məqsədi  insanları könüllü təmizlik işlərinə cəlb etmək və ekologiyaya diqqət yönəltməkdir.

Əsmətxanım Rzazadə


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!