“Trendyol“dan Azərbaycan vətəndaşları üçün yenilik

saytların hazırlanması

Evə çatdırılma

“Trendyol“dan Azərbaycan vətəndaşları üçün yenilik

Maraqlı

03 May 2023 14:00 1082


Bu gündən etibarən Türkiyənin məşhur alış-veriş saytı olan “Trendyol”a daxil olarkən Azərbaycan istifadəçilərinə yeni seçim imkanı təklif edilir. 

Yenisabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, təklifdə ““Trendyol” siparişlerini artık Azerbaycan adresinde teslim alabilirsin” seçimi yer alıb.

Yeniliklə vətəndaşlar Azərbaycan nömrəsi ilə qeydiyyatdan keçərək, sifarişi "Trendyol" saytından izləyə bilərlər. Eyni zamanda, sifarişçi adres olaraq karqo şirkətinin deyil, öz ev ünavanı qeyd edərək, məhsulu birbaşa evdə təhvil ala bilər. Sezar pizza

Qeyd edək ki, indiyədək “Trendyol”un Azərbaycana birbaşa çatdırılma xidməti yox idi.

Belə ki, indiyədək vətəndaşlar sifariş üçün Azərbaycan karqo şirkətlərinin Türkiyə anbarını yazırdı, mal həmin anbara daxil olduqdan sonra ölkəyə göndərilirdi.

Bununla belə vətəndaşlar əvvəlki qaydada sifarişlərini Azərbaycanla yanaşı, digər ölkələrdən də "təslim al" bölməsini seçə bilər. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!