“Trendyol”dan sifarişlər qadağan edilə bilməz” - Deputat

saytların hazırlanması

Evə çatdırılma

“Trendyol”dan sifarişlər qadağan edilə bilməz” - Deputat

İqtisadiyyat

24 Fevral 2023 14:12 2016


“Trendyol”dan sifarişlər heç bir halda qadağan edilə bilməz”.

Yenisabah.az xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert, Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

“Trendyol” satış şəbəkəsindən vətəndaşlarımızın istifadəsinin haqsız rəqabətə yol açması ilə bağlı Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin əməkdaşının açıqlaması ilə bağlı ünvanlanan çoxsaylı suallara cavab olaraq bildirmək istərdim ki, qanunvericilik aylıq rüsumsuz sifariş məbləğini müəyyənləşdirir və heç bir halda vətəndaşın haradan məhsul sifariş etməsi qadağan edilmir. Hazırda rüsumsuz elektron sifariş üçün aylıq limit 300 dollardır. Bu isə o deməkdir ki, həmin limit çərçivəsində vətəndaş qanunla qadağan olunmayan satış şirkətlərindən, o cümlədən “Trendyol”dan mal sifariş edə bilərlər”, – deyə yaranan suallara aydınlıq gətirib. Toyuqlu pizza

Haqsız rəqabətə gəldikdə isə, rəqabəti qadağalar ilə müdafiə etmək rasional yanaşma deyil söyləyən millət vəkili əlavə edib ki, qadağalar heç bir halda güclü rəqabət yaratmır.

“Bu baxımdan, “Trendyol” daxil olmaqla digər beynəlxalq ticarət şəbəkələrindən sifarişlərə qadağaların müəyyənləşdirilməsi məqsədə uyğun deyil. Azərbaycan liberal iqtisadiyyata malik ölkədir və bu sahədəki islahatlar da davam etdiriləcək. İslahatlar isə qadağalara deyil, birbaşa iqtisadiyyatın daha da ağarmasına ünvanlanıb”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!