Tribunada fasiləsiz 25 saat çıxış etdi

saytların hazırlanması

Evə çatdırılma

Tribunada fasiləsiz 25 saat çıxış etdi

Dünya

02 Aprel 2025 09:43 218


Bazar ertəsi yerli vaxtla saat 19:00-da ABŞ Senatının Baş Assambleyasında çıxışına başlayan və 25 saat 4 dəqiqə sonra tamamlayan demokrat senator Kori Buker ölkə gündəminə çevrilib. 

Yenisabah.az xəbər verir ki, onun çıxışı ABŞ mediası tərəfindən canlı yayımlanıb. 

Buker çıxışında Tramp administrasiyasının büdcə ixtisarlarını, federal idarədəki işdən çıxarmalarını və Hökumətin Səmərəliliyi Departamentinə (DOGE) bağlı büdcə azaltma əməliyyatlarını uzun müddət tənqid edib.  Toyuqlu pizza

Onun 25 saat 4 dəqiqə davam edən çıxışı "Senat tarixinin ən uzun çıxışı" olaraq qeydə alınıb və Buker məqsədinin Trampın "yanlış siyasətlərinə" diqqət çəkmək olduğunu bildirib.

ABŞ Senatında indiyə qədər edilən ən uzun çıxış senator Strom Thurmonda məxsus olub. O, 1957-ci ildə Mülki Hüquqlar Aktına qarşı 24 saat 18 dəqiqəlik çıxış edib./unikal.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!