TRIPP-ə dair 2 ssenari var - Paşinyan

saytların hazırlanması

Evə çatdırılma

TRIPP-ə dair 2 ssenari var - Paşinyan

Dünya

14 Noyabr 2025 13:05 491


Ermənistanda "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) layihəsi üçün tikinti hüquqlarına dair 2 ssenari müzakirə olunur: 99 və 49 illik müddətlər.

“Yeni Sabah” armenpress-ə istinadla xəbər verir ki, bunu Baş nazir Nikol Paşinyan “Sülh kəsişməsi: İnkişaf edən regional kommunikasiyalar və əməkdaşlıq” beynəlxalq konfransı zamanı deyib.

O qeyd edib: "Şirkət tikinti hüququ alacaq. Əsas odur ki, tikinti hüquqları müddəti başa çatdıqdan sonra torpaq üzərində yerləşən əmlak Ermənistan Respublikasının mülkiyyətinə keçir, lakin torpağın özü həmişə Ermənistan Respublikasının mülkiyyətində qalır. Bu şərtlər nələrdir? Oraya investisiyalar qoyulacaq və investor müəyyən gəlir dərəcəsi ilə öz sərmayəsinin qaytarılmasına dair müəyyən təminatlara malik olmalıdır. pizza mizza

Desək ki, bu torpağı 5 il müddətinə veririk, heç kim investisiya qoymayacaq, çünki sərmayəni 5 il ərzində geri qaytarmaq real deyil”.

Baş nazir əlavə edib ki, bu məsələ ilə bağlı müzakirələr sırf maliyyə-iqtisadi xarakter daşıyır və heç bir siyasi komponent yoxdur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!