TRIPP layihəsi rifaha töhfə verəcək - Rəsmi İrəvan

saytların hazırlanması

Evə çatdırılma

TRIPP layihəsi rifaha töhfə verəcək - Rəsmi İrəvan

Dünya

17 Oktyabr 2025 16:33 201


Ermənistan Cənubi Qafqazda sülhün, sabitliyin və rifahın qorunmasına tam sadiqdir.

Yenisabah.az armenpress-ə istinadla xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Robert Abisoqomonyan deyib.

O bildirib: “Bu il avqustun 8-də Vaşinqtonda keçirilən üçtərəfli görüşdən sonra Ermənistanla Azərbaycan arasında sülhün və dövlətlərarası münasibətlərin yaradılması haqqında Saziş paraflandı və buna şahid qismində Ermənistan Baş naziri, Azərbaycan Prezidenti və ABŞ Prezidentinin Birgə Bəyanatı imzalandı. Bu, bizim regionda sülhün bərqərar olması, siyasi imkanların, ticarət və dialoq üçün yeni imkanların, ticarət və dialoqun açılmasının göstəricisidir". Toyuqlu pizza

"Əminik ki, nəqliyyat əlaqələrinin tamamilə açılması regionun böyük tranzit və ticarət potensialını açacaq. Bundan başqa, “Dünyanın kəsişməsi” təşəbbüsünün və onun tərkib hissəsi olan TRIPP layihəsinin həyata keçirilməsi iqtisadi artımı, dialoqu və insanlar arasında təmasları stimullaşdıracaq, daha geniş sabitlik və rifaha töhfə verəcək”, - deyə nazir müavini vurğulayıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!