TRIPP layihəsi üçün işçi qruplar yaradılacaq - Xudatyan

saytların hazırlanması

Evə çatdırılma

TRIPP layihəsi üçün işçi qruplar yaradılacaq - Xudatyan

Dünya

14 Avqust 2025 14:15 302


ABŞ və Azərbaycanla imzalanmış sənədləri həyata keçirmək üçün işçi qruplar yaradılacaq.

Yenisabah.az armenian news-a istinadla xəbər verir ki, bunu Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan deyib.

Onun sözlərinə görə, Ermənistanın yolları Ermənistanın yurisdiksiyasında olacaq. Dördpendirli pizza

Nazir əlavə edib ki, Ermənistan, ABŞ və Azərbaycan arasında imzalanmış sənədlərin həyata keçirilməsi üçün yaxın vaxtlarda iş proseslərinə başlanacaq:

"İşçi qruplar yaradılacaq və o andan etibarən əlavə məlumatların verilməsinə ehtiyac yaranarsa, hökumət bunu mütləq verəcək". 

O izah edib ki, hökumət işçi qrupların formatı ilə bağlı əlavə məlumat da verəcək. 

Azərbaycanlıların Ermənistan ərazisindən keçərkən erməni sərhədçiləri ilə görüşüb-görüşməyəcəyinə dair təfərrüatları və dəqiqləşdirməyi xahiş etdikdə nazir cavab verib ki, hazırda onların məqsədəuyğun hesab etdiyi qədər məlumat verilib. "Əlavə edəcəyim heç nə yoxdur".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!