“TRT Haber”: Azərbaycan Prezidenti ilk yaşayış məskəninin qurulması üçün Ağdamı seçdi

saytların hazırlanması

Evə çatdırılma

“TRT Haber”: Azərbaycan Prezidenti ilk yaşayış məskəninin qurulması üçün Ağdamı seçdi

Rəsmi

02 Aprel 2022 21:31 576


Türkiyənin nüfuzlu “TRT Haber” telekanalı işğaldan azad edilən Qarabağda həyata keçirilən quruculuq və yenidənqurma işləri ilə bağlı xüsusi reportaj yayıb.

Yenisabah.az xəbər verir ki, reportajda təcavüzkar Ermənistan tərəfindən torpaqlarımızın bir hissəsinin otuz il işğalda saxlanılması, zəbt edilən ərazilərdə həyata keçirilən vandalizmdən bəhs olunub. Diqqətə çatdırılıb ki, Azərbaycan 44 günlük Vətən müharibəsində əzəmətli Zəfər qazanaraq ərazilərini düşməndən qurtarıb, ərazi bütövlüyünü bərpa edib.

Reportajda, həmçinin Azərbaycan-Türkiyə qardaşlıq əlaqələri ilə bağlı mühüm məqamlara toxunulub. Tamaşaçılara məlumat verilib ki, Qarabağda böyük bir qətiyyətlə yeni və müasir infrastruktur qurulur. pizza sifarişi

“Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad olunan ərazilərdə ilk yaşayış məskəninin qurulması üçün Ağdamı seçdi. Düşmənin yerlə- yeksan etdiyi Ağdam “ağıllı şəhər” kimi yenidən qurulur. Yeni hava limanları və avtomagistrallar Azərbaycanın imkanlarını daha da genişləndirəcək”, – deyə reportajda qeyd olunub./AZƏRTAC


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!