Türkiyədə dollar rekord həddə bahalaşdı

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə dollar rekord həddə bahalaşdı

İqtisadiyyat

09 Fevral 2024 10:48 1967


Dollar Türkiyədə həftənin son gününə rekord səviyyədə başlayıb.

Yenisabah.az xəbər verir ki, 1 dollar  30,66 TL, avro isə 33,06 TL olub.

Türkiyə Respublikası Mərkəzi Bankının (TCMB) yeni sədri Fatih Karahan dünən ilk dəfə 2024-cü ilin ilk inflyasiya hesabatının təqdimatı ilə ictimaiyyət qarşısına çıxıb. Sezar pizza

Hesabatda, 2024, 2025 və 2026-cı il sonu üçün inflyasiya proqnozları əvvəlki hesabatda olduğu kimi qorunub saxlanılıb. 2024-cü ilin sonu üçün proqnoz 36 faiz, 2025-ci ilin sonu üçünsə isə 14 faiz olacağı deyilib. TCMB inflyasiyanın may ayında 74 faiz ətrafında zirvəyə çatacağını və daha sonra ili 36 faizlə bağlayacağını proqnozlaşdırıb.

Aytac Şahin 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!