Tüfənglə ehtiyatsızlıq: Çoban özünü güllələdi

saytların hazırlanması

Evə çatdırılma

Tüfənglə ehtiyatsızlıq: Çoban özünü güllələdi

Hadisə

26 May 2023 12:00 755


Kürdəmirdə çoban işlədiyi fermada özünə tüfənglə xəsarət yetirib.

Yenisabah.az xəbər verir ki, hadisə rayon ərazisində yerləşən fermalardan birində qeydə alınıb.

Çoban işləyən Şamaxı rayon sakini, 1986-cı il təvəllüdlü İsmayılov Vidadi Qasıməli oğlu əlindəki tüfənglə ehtiyatsız davranıb. pizza hut

Bu zaman o, tüfəngin əlində açılması nəticəsində ayaq nahiyəsinə xəsarət yetirib.

O, ətrafdakı insanların köməkliyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Həkimlər onun vəziyyətini orta ağır qiymətləndirirlər.

Fakt araşdırılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!