Tullantılar ətrafa qoxu yaydı, nazirlik hərəkətə keçdi

saytların hazırlanması

Evə çatdırılma

Tullantılar ətrafa qoxu yaydı, nazirlik hərəkətə keçdi

Sosial

05 Dekabr 2019 13:56 1186


Xaçmaz rayonunun Armudpadar kəndi ərazisində məişət tullantılarının qalaqlanması və ətrafa iy-qoxunun yayılması barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət Nazirliyin Regional Ekologiya İdarəsinin əməkdaşları tərəfindən yerində araşdırılıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən "Yeni Sabah"a daxil olan məlumata görə, araşdırma zamanı sözügedən ərazidə zibil qutularının olmaması səbəbindən tullantıların pərakəndə şəkildə atılaraq qalaqlandığı və qanunvericiliyə uyğun idarə olunmadığı müəyyən edilib. ETSN-nin əmədaşlarının nəzarəti ilə zibillik sahə Armudpadar bələdiyyəsi tərəfindən təmizlənib. 

Tullantıların idarə olunması qaydalarının pozulmasına görə akt  tərtib olunub, əraziyə zibil qutularının qoyulması və gələcəkdə belə hallara yol verilməməsi üçün bələdiyyə sədrinə icrası məcburi olan “məcburi göstəriş” verilib. pizza mizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!