Tullantılara görə 2 500 manat cərimələndi

saytların hazırlanması

Evə çatdırılma

Tullantılara görə 2 500 manat cərimələndi

Sosial

07 May 2020 13:13 1448


Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Abşeron rayonu, Mehdiabad qəsəbəsində məişət tullantılarının qalaqlanması ilə bağlı daxil olan şikayət yerində araşdırılıb.

Nazirlikdən Yenisabah.az-a verilən məlumata görə, araşdırma zamanı tullantıların sözügedən ərazidə fəaliyyət göstərən plastik məmulatların istehsalı sexinə məxsus olduğu məlum olub. 

Faktla bağlı sexin sahibi Rahib Həsənov barəsində protokol tərtib olunub və o, vəzifəli şəxs qismində 2 500 manat məbləğində cərimə edilib. pizza mizza

Ərazinin qısa vaxt ərzində tullantılardan təmizlənməsi, sexdə formalaşan tullantıların qanunvericiliyə uyğun idarə olunması və gələcəkdə belə hallara yol verilməməsi məqsədilə sexin sahibinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!