Tünzalə Ağayeva bu dəfə kovboy tərzində - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Tünzalə Ağayeva bu dəfə kovboy tərzində - VİDEO

Şou

15 Sentyabr 2025 14:11 484


Ölkəmizdə “Üzüm və şərab” festivalı keçirilib. Şamaxı Rayon İcra Hakimiyyətinin, Abqora restoranı və “Nəsimi bağları” kompleksinin təşkilatçılığı ilə Şamaxı rayonunun Meysəri kəndində keçirilən festival iki gün davam edib. 

Yenisabah.az xəbər verir ki, möhtəşəm tədbirin bağlanışını Xalq artisti Tünzalə Ağayeva edib. Hava şəraitinin soyuq və yağmurlu olmasına baxmayaraq pop ulduz sevənlərinə unudulmaz anlar yaşadıb. Çıxışı boyunca hitlərini səsləndirən sənətçi tamaşaçıların isti münasibəti ilə qarşılaşıb. Pərəstişkarları onunla birlikdə bütün mahnılarını bir ağızdan, əzbərə söyləyiblər. Səmimi sənətçi isə öz növbəsində səhnədən enərək tamaşaçılarla ünsiyyət qurub. 

Rəngli məqamlarla bol olan tədbirdə səhnəmizin əfsanəsi geyimi ilə də gözoxşayıb. Mavi cins parçalardan istifadə olunan kovboy tərzində olan geyimin müəllifi tanınmış dizayner Lali Rüstəmovadır. Styling Xalq artistinin şəxsi stilisti Şamxal Ramazanlıya məxsusdur. Çox fərqli və gözoxşayan pop ulduzun makiyajını və saç düzümünü stilist Sabir Bağırov edib. Dördpendirli pizza

Səhnədə starı “Tünzalə dance group” müşayiət edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!