Xalq artisti Tünzalə Ağayeva “Dream fest”də iştirak edib.
Yenisabah.az xəbər verir ki, pop ulduz təqdirəlayiq addım ataraq qırmızı xalıdan məhz fiziki məhdudiyyətli insanlarla keçib.
Sənətçi qırmızı xalı üçün mavi geyim seçib. pizza
Jurnalistlərin suallarını cavablandıran Ağayeva fikirlərini dilə gətirib:
“Bu gün tək deyiləm. İstədim ki, cəmiyyətimiz tək ulduzlarımızı yox həm də həyatımızın əsas ulduzlarını görsünlər. Elə məhz buna görə də qərara gəldim ki, “Dream fest”in qırmızı xalçasından tək keçməyim, yanımda Nicatla Hüseyn olsun. Onlar çox istedadlıdırlar. Nə qədər ki, səhnədəyəm, daim onların yanında olacağam. Bu da cəmiyyətə bir mesaj olsun. Biz hamımız eyniyik, uğurluyuq. Fərqi yoxdur necə dünyaya gəlmişik. Allah hər birimizin yolunu açıq etsin”.
Həmin görüntüləri təqdim edirik:
Telegram kanalımız