Tünzalə Ağayeva hər kəsi təəccübləndirdi   - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Tünzalə Ağayeva hər kəsi təəccübləndirdi - VİDEO

Şou

06 Mart 2025 12:28 404


Xalq artisti Tünzalə Ağayeva Heydər Əliyev sarayında baş tutan konsert proqramında çıxış edib.

Yenisabah.az xəbər verir ki, Mədəniyyət Nazirliyi və Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitesinin birgə təşkilatçılığı ilə 2025-ci il “Konstitusiya və Suverenlik” ili çərçivəsində baş tutan tədbir 8 mart Beynəlxalq Qadınlar gününə həsr olunub. 

Gecədə çıxış edən pop ulduz = hər kəsi təəccübləndirib. Xalq artisti tək başına, heç bir müşayiət olmadan royalda əsər ifa edib. Sevilən müğənni dünyaca məşhur ulduz Uitni Xyustonun “I Have Nothing” mahnısı ilə müəllifi olduğu “Sənsiz” əsərini sintez edib. pizza mizza

Sözügedən çıxış tamaşaçılar tərəfindən böyük rəğbət və alqışlarla qarşılanılıb. 

Xalq artisti tədbirlə bağlı bu sözləri dilə gətirib:

“Bu səhnə hər bir sənət adamı üçün çox doğmadır. Sevinc, xoşbəxtlik hisslərinin bol olduğu bir yerdir. Bu gün qadınlar, analar mövzusu ən öndəgedən mövzudur. Əziz Azərbaycan qadını, dünyaya igidlər gətirən analar. O, igidlər ki, bizə əbədi zəfər bəxş etdilər. O analarımız hər zaman zirvədədir. Azərbaycan qadını, anası ən zirvədə olan xanımdır. Nə qədər alqışlasanız, minnətdar olsaq azdır. Eşq olsun Azərbaycan xanımına. İgidlərimizi dünyaya gətirən əziz analarımız qarşınızda baş əyirik”.

Səhnədə füsunkar görünən ulduz geyimində qara tonlardan istifadə edib. Onun bütöv obrazı üzərində Rusiyada, Orta Asiyada, Qafqazda tanınan dizayner Orxan Sultan hazırlayıb. 

Konsertdən olan görüntüləri təqdim edirik:

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!