Tünzalə Ağayeva səhnədə ağladı - VİDEO 

saytların hazırlanması

Evə çatdırılma

Tünzalə Ağayeva səhnədə ağladı - VİDEO 

Şou

05 Dekabr 2024 15:07 589


Xalq artisti Tünzalə Ağayeva yeni il ərəfəsində tamaşaçılarını sevindirib.

Yenisabah.az xəbər verir ki, pop ulduz “Paşa Malls”un təşkilatçılığı ilə “Port Baku New Year Village” adlı yeni il yarmarkasının açılışını edib. İlk mahnıdan sonra gerisayım başlanılıb və şam ağacının işıqları yandırılıb. 

Hər zaman fərqli görünən estrada ulduzu bu dəfə ağ qara tonlarında olan tulum və bordo kürkdən istifadə edib.  Bir saat boyunca ən hit mahnılarını sevənləri üçün ifa edən Xalq artisti həmin gecə zamanı xəstə olduğunu bildirib, amma buna baxmayaraq möhtəşəm çıxış nümayiş etdirib. Toyuqlu pizza

Sevənləri də onunla birlikdə bütün mahnıları əzbər söyləyiblər.

Tədbirin sonunda kövrək məqamlar yaşanıb. Xalq artisti repertuarının ən zəngin ifalarından olan “Mən Azərbaycanlıyam” mahnısını ifa edəndən sonra kövrəlib və ağlayıb. 

Qeyd edək ki, sözügedən yarmarka dekabrın 1-dən yanvarın 5-dək davam edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!