Tünzalə Ağayeva “Zalım”ın anonsunu verdi - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Tünzalə Ağayeva “Zalım”ın anonsunu verdi - VİDEO

Şou

18 Oktyabr 2024 10:46 811


Xalq artisti Tünzalə Ağayeva növbəti layihəsini təqdim etməyə hazırlaşır. 

Yenisabah.az xəbər verir ki, pop ulduz bu dəfə “Zalım” adlı yeni mahnısı üçün kamera qarşısına keçib. O, yeni klipinin anonsunu şəxsi “İnstagram” hesabında paylaşıb.

Sevilən müğənni növbəti dəfə tanınmış gitara ifaçısı Rəhman Məmmədli ilə biraraya gəlib. Sezar pizza

Mahnının söz və musiqisi bəstəkar Camal Qurbanova məxsusdur. Mahnının aranjemanını Emin Karimov edib. 

Estrada ulduzunun klipdəki stylingi geyim üzrə mütəxəssis Elnarə de Birbuetə, makiyajı və saç düzümü isə stilist Sabirə aiddir. 

Ekran işini fashion fotoqraf Röyal Səfərov ərsəyə gətirib.

Layihənin prodüseri isə Yalçın Cabbarovdur.

Qeyd edək ki, klip yaxın günlərdə, məhz Xalq artistinin doğum günü ərəfəsində təqim olunacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!