“Tüpürüm Putinin fərmanına! Ona nə DƏXLİ VAR?!” -   Ayaz Salayev

saytların hazırlanması

Evə çatdırılma

“Tüpürüm Putinin fərmanına! Ona nə DƏXLİ VAR?!” - Ayaz Salayev

Siyasət

22 İyul 2025 10:16 2539


“Mən 8 il Moskvada oxumuşam. Bu baxımdan, mənim münasibətim ikilidir. Məsələn, Türkiyədə olanda elə gün olmur ki, mənə desinlər ki, azərbaycanlılar bizim qardaşımızdır. 8 il ərzində Moskvada bunu mənə heç kim deməyib. Elə gün olmurdu ki, mən şovinistliklə rastalşmayım. Amma biliyi də oradan aldım. Ona görə də mənim münasibətim çox ikilidir”.

Yenisabah.az xəbər verir ki, bu barədə kinorejissor Ayaz Salayev TV Müsavata müsahibəsində danışıb. O, Rusiya prezidenti Vladimir Putin “Dövlət dil siyasətinin əsasları”nı təsdiq edən fərmanını kəskin şəkildə tənqid edib:

“Putinin fərmanına tüpürüm. Rus dilinin qorunması bizim təşəbbüsümüz olmalıdır, onun fərmanına dəxli yoxdur. Bu bizim daxili işimizdir, özümüz bilərik. Ad çəkmək istəmirəm, bəzi rusdilli adamlardan mənim zəhləm gedir. Mən onların rəqibiyəm. Bəzən görürəm ki, mənim adımı hansısa kampaniyanın, qrupun içərisində səsləndirirlər. Müəyyən məsələlərə görə biz bir-birimizə qarşı olmuşuq. Mən onlarla bir qrup deyiləm. Mən vətənpərvər adamam, hətta bəzi şeylərdə millətçi adamam. Hazırda Azərbaycan yeni bir tarixi yol ərəfəsindədir. Mən dilçi deyiləm, kinomotoqrafçıyam. Bəzi adamlar deyir ki, rusdilli məktəbləri bağlamaq lazımdır, onlar milləti parçalayır. Hər şey vəhdətdə olmalıdır”. Dominos pizza

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!