Tural Abbasov qohumunun evindən oğurluq edib

saytların hazırlanması

Evə çatdırılma

Tural Abbasov qohumunun evindən oğurluq edib

Kriminal

24 Fevral 2021 11:55 944


Lənkəranda evdən oğurluq olub.

DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, Lənkəran şəhər sakini X.Abbasova evindən ümumi dəyəri 737 manat olan məişət əşyalarının oğurlanması ilə bağlı polisə müraciət edib. 

Lənkəran rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun ev sahibinin qohumu, Lənkəran sakini Tural Abbasov olduğu məlum olub. Saxlanıldıqdan sonra T.Abbasovun üzərinə keçirilən baxış zamanı 1 bükümdə narkotik vasitə heroin aşkarlanaraq götürülüb. Sezar pizza

Lənkəran rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbiri ilə isə rayonun Boladi kəndində yerləşən bir evdən 1700 dollar oğurlayan əvvəllər məhkum olunmuş Telman Hadizadə saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!