Tural Gəncəliyev koronavirusdan sağaldı

saytların hazırlanması

Evə çatdırılma

Tural Gəncəliyev koronavirusdan sağaldı

Hadisə

19 Dekabr 2020 15:30 880


Milli Məclisin deputatı Tural Gəncəliyev koronavirusdan sağalıb.

Yenisabah.az xəbər verir ki, o bu barədə paylaşım edib:

"Əziz həmvətənlər, pizza hut

Təəssüflə bildirmək istəyirəm ki, dünyamızın üzləşdiyi COVID19 qlobal pandemiyası məndən də yan keçmədi və noyabr ayında bu virus səbəbindən səhhətimdə çox ciddi problemlər yarandı.

Şükürlər olsun ki, artıq sağlamlığım bərpa olunmağa başlayıb. Yaxın müddətdə daha da yaxşı olacağıma ümidvaram.

Özümüzün və əzizlərimizin həyatını qorumaq naminə bir daha hər bir vətəndaşımızı diqqətli olmağa və karantin qaydalarına ciddi əməl etməyə dəvət edirəm.

Əminəm ki, Azərbaycan xalqı işğalçılara qarşı apardığı Vətən müharibəsində olduğu kimi, görünməyən düşmənə qarşı mübarizədə də qalib gələcək!

Sağlam qalın ki, Qarabağımızı birlikdə yenidən quraq və qoruyaq!".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!