“Turan 97“ təbiətə 8580 manatlıq ziyan vurdu

saytların hazırlanması

Evə çatdırılma

“Turan 97“ təbiətə 8580 manatlıq ziyan vurdu

Maraqlı

24 Oktyabr 2022 13:46 1217


Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Xətai rayonu, Sarayevo küçəsi, 22 saylı binanın arxasındakı ağacların kəsilməsi faktı aşkar edilib. 

Xidmət rəsmisi Vaqif Cavadov Yenisabah.az-a bildirib ki, araşdırma zamanı ağacların avtodayanacaq salınması məqsədilə "Turan 97" Məhdud Məsuliyyətli Müəssisə tərəfindən kəsildiyi və təbiətə ümumilikdə 8580 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

“Faktla bağlı akt tərtib olunub, yaşıllığa dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib”. Dördpendirli pizza

Xidmət rəsmisinin sözlərinə görə, sözügedən ərazidə kəsilmiş ağacların əvəzinə yeni ağaclar əkilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!