“Turan Tovuz“ Arda Turanın komandasına qalib gəldi

saytların hazırlanması

Evə çatdırılma

“Turan Tovuz“ Arda Turanın komandasına qalib gəldi

İdman

22 İyul 2023 19:58 1016


Yeni mövsümün hazırlıqlarını Türkiyədə davam etdirən "Turan Tovuz" bu gün təlim-məşq toplanışı çərçivəsində yoxlama oyununa çıxıb.

Yenisabah.az xəbər verir ki, Ayxan Abbasovun komandası Türkiyə 1-ci liqası təmsilçisi “Eyüpspor”la qarşılıb.

Bolu şəhərində yerləşən Gerde Esentepe stadionunda keçirilən görüş "Turan Tovuz"un 2:1 hesablı qələbəsi ilə başa çatıb. Komandanın qollarını Fərid Nəbiyevlə və Xəyal Nəcəfov vurublar. pizza sifarişi

"Eyüpspor"un baş məşqçisi Türkiyə millisinin sabiq üzvü Arda Turandır.

Qeyd edək ki, "Turan Tovuz" bunadək Türkiyədə "Adana Demirspor"la üz-üzə gəlib və 0:2 hesabı ilə uduzub. Komanda daha 1 yoxlama oyunu keçirəcək. Tovuz təmsilçisi iyulun 27-də Tanzaniyanın "Simba Sport" kollektivi ilə qarşılaşacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!