Türkiyədə təlim-məşq toplanışında olan "Turan Tovuz"un heyətinə yeni oyunçu qoşulub.
Bu barədə Qol.az-a komandanın baş məşqçisi Ayxan Abbasov məlumat verib. Onun sözlərinə görə, fransalı hücumçu Yohan Greko komndada baxışdadır:
"Üç futbolçu baxışda idi. Afrikadan olan digər iki oyunçu artıq bizimlə deyil. Toplanışın ikinci mərhələsinə baxışda olanlardan təkcə Yohan Qrekonu cəlb etdik. Onunla bağlı da hələlik qərar verməmişik. Oyununa baxacağıq". pizza
Qeyd edək ki, 22 yaşlı Yoha Qreko karyerası ərzində ölkəsində aşağı liqa təmsilçiləri olan "US Feurs", "Salaise" klublarında, İngiltərədə isə "Derbi"da oynayıb.
Telegram kanalımız