Misli Premyer Liqasında 22-ci tur davam edir.
Yenisabah.az xəbər verir ki, 2-ci oyun gününə nəzərdə tutulan 2 matçdan artıq 1-i başa çatıb. Çempionatımızda Qərb derbisi reallaşıb. "Turan Tovuz" doğma meydanda "Kəpəz"lə qarşılaşıb və 2:0 hesablı qələbə qazanıb.
Digər matçda isə lider "Qarabağ" 2-ci yerdəki "Sabah"ı qəbul edəcək. Bu oyun saat 17:00-da start götürəcək. Marqarita pizza
Qeyd edək ki, tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq.
11 fevral (şənbə)
14:00. “Turan Tovuz” – “Kəpəz” - 2:0
Qollar: Runi Eva, 45 (1:0), Xəyal Nəcəfov, 48 (2:0)
Qırmızı vərəqə: Orxan Sadıqlı, 84 ("Kəpəz" - qapıçı)
Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Müslüm Əliyev, Rəşad Əhmədov
Tovuz şəhər stadionu
Telegram kanalımız