Futbol üzrə Azərbaycan Premyer Liqasında III tura start verilib.
Yenisabah.az xəbər verir ki, günün ilk matçında "Kəpəz" "Turan Tovuz"la üz-üzə gəlib.
Oyun Tovuz təmsilçisinin qələbəsi ilə bitib - 3:0. Dördpendirli pizza
Bu nəticədən sonra xallarının sayını 7-yə yüksəldən "Turan Tovuz" hələlik çempionatın lideri olub. Xalsız olan Gəncə klubu sonuncu-10-cu sıradadır.
Qeyd edək ki, III turun "Şamaxı" - "Qarabağ" və "Zirə" - "Araz-Naxçıvan" qarşılaşmaları təxirə salınıb. Tura avqustun 18-də "Neftçi" - "Sabah" matçı ilə yekun vurulacaq.
Telegram kanalımız