“Turan Tovuz” klubunun ayağı sınan futbolçusu əməliyyat olundu

saytların hazırlanması

Evə çatdırılma

“Turan Tovuz” klubunun ayağı sınan futbolçusu əməliyyat olundu

İdman

05 Dekabr 2024 18:12 805


"Turan Tovuz"un ayağı sınan moldovalı futbolçusu Denis Marandiçi bu gün əməliyyat olunub. 

Bu barədə "Report"a klubun mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyev məlumat verib.

O, müdafiəçinin Bakıdakı klinikalardan birində əməliyyat olunduğunu bildirib: pizza sifarişi

"Futbolçunun əməliyyatı uğurla başa çatdı. Müəyyən müddət xəstəxanada qalacaq və daha sonra müalicəsi davam etmək şərti ilə evə buraxılacaq. Klubumuzun həkimləri də məsələni nəzarətdə saxlayırlar. Futbolçunun nə vaxt meydana çıxacağı dəqiqləşməyib. Klubumuz futbolçunun tez bir zamanda sağlığına qovuşması üçün bütün məsuliyyəti öz üzərinə götürüb. Arzu edək ki, Marandiçi tez bir zamanda komandamızın sıralarına dönəcək".

Qeyd edək ki, D.Marandiçinin ayağı Azərbaycan Kubokunun 1/8 final mərhələsinin "Sabah"la keçirilən oyununda Pavol Safranko ilə mübarizədə bir neçə yerdən sınıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!