Bu gün Azərbaycan kubokunda yarımfinalın ilk oyunlarına yekun vurulub.
Yenisabah.az xəbər verir ki, “Turan Tovuz” “Neftçi”ni qəbul edib. Matçın taleyini 1 qol həll edib. Tovuz təmsilçisi 74-cü dəqiqədə moldovalı müdafiəçisi Denis Marandiçinin qolu sayəsində 1:0 hesabı ilə qələbə qazanıb.
Qeyd edək ki, bu komandalar arasında cavab görüşü aprelin 26-ı, digər yarımfinal cütlüyündəki - "Səbail" - "Qəbələ" görüşü aprelin 27-də keçiriləcək. Sezar pizza
19 aprel (çərşənbə)
16:00. “Turan Tovuz” – “Neftçi” - 1:0
Qol: Denis Marandiçi, 74
Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Rəhman İmami, Tural İbrahimov
Tovuz şəhər stadionu
Telegram kanalımız