Bu gün Misli Premyer Liqasında 6-cı tura yekun vurulacaq.
Yenisabah.az xəbər verir ki, turun daha bir qarşılaşmasında "Turan Tovuz" "Qəbələ"ni qəbul edib. Meydan sahibləri 2 top fərqi ilə irəlidə olsalar da, hesabda üstünlüyü sonadək qoruyub saxlaya bilməyiblər. “Qəbələ” 2 qol vuraraq rəqib meydanında 1 xal qazanmağı bacarıb.
Turun maraqla gözlənilən oyununda son çempion "Qarabağ" öz meydanında ötən mövsümün 2-cisi olan "Sabah"ı qəbul edəcək.
Qeyd edək ki, turun ilk 3 oyunu 15 və 16 sentyabr tarixlərində keçirilib.
17 sentyabr (bazar)
16:30. “Turan Tovuz” – “Qəbələ” - 2:2
Qollar: Fərid Nəbiyev, 56, Belajdi Pusi, 59, - Osama Xalayla, 72, 78-pen.
Qırmızı vərəqə: Xəqani Məmmədov, 30 ("Qəbələ", məşqçi)
Hakimlər: Əliyar Ağayev, Elşad Abdullayev, Asiman Əzizli, Emin Əliyev
Tovuz şəhər stadionu
Telegram kanalımız