Bu gün Misli Premyer Liqasında 23-cü tura yekun vurulacaq.
Yenisabah.az xəbər verir ki, son oyun günündə nəzərdə tutulan iki oyundan biri başa çatıb. "Sabah" doğma meydanda "Turan Tovuz"u qəbul edib.
Görüşdə sürpriz nəticə qeydə alınıb. "Turan Tovuz" 2:0 hesablı qələbə qazanaraq "Sabah"a mövsümdə 2-ci məğlubiyyəti yaşadıb. Dördpendirli pizza
Beləliklə meydan sahiblərinin 16 oyunluq məğlubiyyətsizlik seriyasına da son qoyulub. "Sabah" sonuncu dəfə 6-cı turda "Qarabağ"a uduzmuşdu - 3:4.
Turun son matçında "Qarabağ" səfərdə "Zirə" ilə üz-üzə gələcək.
19 fevral (bazar)
16:30. “Sabah” - “Turan Tovuz” - 0:2
Qollar: Natan Oduva, 11, Ayxan Quseynov, 62
Hakimlər: Kamal Umudlu, Elşad Abdullayev, Cəmil Quliyev, Nicat İsmayıllı
“Bank Respublika Arena”
Telegram kanalımız