Bu gün Misli Premyer Liqasında 15-ci tura start verilib.
Yenisabah.az xəbər verir ki, əvvəlcə "Araz-Naxçıvan" "Səbail"i qəbul edib. Matç heç-heçə başa çatıb - 1:1. "Araz Naxçıvan" son dəqiqə avtoqolu ilə qələbənii əldən verib.
Günün digər matçında isə "Turan Tovuz" evdə "Sumqayıt"la qarşılaşıb. "Sumqayıt" hesabda 2:0 irəlidə olsa da, üstünlüyünü sona kimi qoruya bilməyib. Tovuz təmsilçisi hesabı bərabərləşdirə bilib. Oyun 2:2 hesabı ilə başa çatıb. Pepperoni pizza
Qeyd edək ki, turun digər görüşləri 3-4 dekabr tarixlərində keçiriləcək.
2 dekabr (şənbə)
18:30. “Turan Tovuz” – “Sumqayıt” - 2:2
Qollar: Luis Paçu, 49, Otto Con, 54 - Elvin Bədəlov, 6, Roi Kehat, 35
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Asiman Əzizli, Emin Əliyev
Tovuz şəhər stadionu
16:00. “Araz-Naxçıvan” – “Səbail” - 1:1
Qollar: Kadiri Mohammed, 18 (1:0), Numan Kurdiç, 90+3-avtoqol (1:1)
Hakimlər: Rəvan Həmzəzadə, Elşad Abdullayev, Rəhman İmami, Kamran Əliyev
“Dalğa Arena”
Telegram kanalımız