"Turan Tovuz" heyətini yeni futbolçu ilə gücləndirib.
Yenisabah.az klubun mətbuat xidmətinə istinadla xəbər verir ki, Tovuz təmsilçisi İspaniyanın "Sportinq Xixon" komandasının yetirməsi olan yarımmüdafiəçi Alexandro Qarsiya Serranonu transfer edib.
28 yaşlı oyunçu ilə 1+1 illik müqavilə imzalanıb. Dominos pizza
Serrano karyerası ərzində "Malyorka", "Selta", "Salamanka", "Kornelya", "Qurnik" (Polşa) klublarının formasını geyinib. O, son olaraq Bolqarıstan təmsilçisi "Hebar"ın şərəfini qoruyub.
Telegram kanalımız