“Turan Tovuz”un futbolçusu rəqibi təhqir etdiyi üçün cəzalandırıldı

saytların hazırlanması

Evə çatdırılma

“Turan Tovuz”un futbolçusu rəqibi təhqir etdiyi üçün cəzalandırıldı

İdman

20 Aprel 2023 13:46 862


“Turan Tovuz”un futbolçusu Kamal Bayramov Premyer Liqanın XXX turunda “Kəpəz”lə oyun bitdikdən sonra rəqib oyunçuları təhqir etdiyi üçün 3 oyunluq cəzalandırılıb.

Yenisabah.az xəbər verir ki, AFFA İntizam Komitəsi qapıçının bu hərəkətinə görə, kluba 1600 manat cərimə tətbiq edib.

Görüşün ardından təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alan tovuzluların müdafiəçisi Tərlan Quliyev isə 2 oyunluq cəza alıb, klubunu 1600 manat ziyana salıb. pizza sifarişi

Bundan başqa, “Turan Tovuz”un gürcüstanlı yarımmüdafiəçisi Piruzi Marakvelidze rəqibi aşkar qol imkanından məhrum etdiyindən, 1 oyun cəza ilə üzləşib. Bu, tovuzluların 200 manatlıq cərimə olunması ilə nəticələnib.

Həmçinin, futbolçuları isinmə hərəkətləri edən zaman tələbləri pozan “Turan Tovuz” daha 200 manatlıq cərimə ilə üzləşib.

“Kəpəz” isə 4 futbolçusu sarı vərəqə aldığı üçün 800 manat cərimələnib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!