Belarus və Azərbaycan arasında strateji tərəfdaşlıq mövcuddur.
Yenisabah.az xəbər verir ki, bunu Belarus baş naziri Aleksandr Turçin Əli Əsədovla geniştərkibli görüşdə bildirib.
“Mən bu sözdən qorxmuram, çünki tərəfdaşlığımız zamanın sınağından çıxıb və iki liderimizin münasibətləri bunun əyani təsdiqidir. Əlaqələrimizin təməl daşı ən geniş sahələri əhatə edən və yüksək intensiv xarakter daşıyan ticari-iqtisadi əməkdaşlıqdır. Ötən il qarşılıqlı ticarət dövriyyəmiz əhəmiyyətli dərəcə artıb, biz buna sevinməyə bilmərik”, - deyə Aleksandr Turçin vurğulayıb. pizza sifarişi
Telegram kanalımız